Komitə sədri: “Magistrlərin 25-30 faizi aspiranturaya getmirlər”
Tarix: 27-01-2016, 14:04 |
Çap et
“Magistrantrların 25-30 faizi təhsillərini aspiranturada davam etdirmirlər. Magistr təhsilində əsas hədəf elmə gələnlərin sayını artırmaqdır”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil Komitəsinin sədri isa Həbibbəyli qurumun “Elm haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə keçirilən bugünkü iclasında deyib. O qeyd edib ki, Milli Elmlər Akademiyası və onun institutlarında magistratura 2 hissədə olmalıdır:
1) İxtisas və peşə yönümlü magistrlər
2) Tətqiqatçı magistrlər
“Biz bu addımı atmaqla elmin inkişafına, tövhə verə bilərik. Çünki ixtisasçı magistrlərlə yanaşı, tətqiqatçı magisrtlərin sayının artırılması gələcək elmin inkişafına birbaşa səbəb olacaq”.
İ.Həbibbəyli bildirib ki, Azərbaycanda elmi tədqiqatçılara ekspert statusu veriləcək. Onun sözlərinə görə, bununla da tədqiqat universitetinin elmi işçiləri Dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına cəlb ediləcəklər.
Komitə sədrinin sözlərinə görə, bu, elmi işçilərin elmi fəaliyyətlə məşğul olmasını stimullaşdıracaq. Çünki elmi işçilər dövlət proqramlarına cəlb olunmaqla əlavə gəlir əldə edəcəklər. Dövlət isə müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı elmi işçilərin fikirlərindən də faydalana biləcək.