Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"
Tarix: 27-01-2016, 12:52 |
Çap et
"Rabitəbank" ASC-nin konsolidasiya məsələsi gündəmdə deyil".
Bunu “APA-Economics”ə eksklüziv açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.
"Buna ehtiyac görmürük", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bankın İdarə Heyətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir: "Hazırda İdarə Heyəti sədr və 6 baş direktordan ibarətdir. İdarə Heyətinə başqa üzvün və ya üzvlərin təyin olunması gözlənilmir".
Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur. Arif Zeynalov, Aydın Hüseynov, Eldar Ağayev, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev isə bankın baş direktorları siyahısında təmsil olunurlar.