Azad olan İran bankı gözünü Türkiyəyə dikdi
Tarix: 27-01-2016, 12:14 |
Çap et
Sanksiyalardan azad olan İranın ikinci ən böyük bankı “Bank Pasargad” dünyaya açılmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bankın idarə heyətinin üzvü Mustafa Beheştray Türkiyə, Almaniya, İspaniya və Çinə göz dikdiklərini bildirib.
O bu ölkələrlə əlaqədar araşdırmaya başladıqlarını açıqlayıb:
“Bu 4 ölkədə şöbəmizi açmağı düşünürük. Amma yerli şəriklə işləyə və yaxud hər hansı bankı da ala bilərik. Hazırda bankımızın ümumi aktivləri 19 milyard dollardır. Dollar və neft bizə mənfi təsir edib. Əgər bunlar olmasaydı, ümumi aktivlərimiz 70 milyard dollar olardı”.
2005-ci ildə qurulan İran bankı “Banker” jurnalının siyahısında 257-ci sırada qərarlaşıb.
Qeyd edək ki, yanvarın 16-da ABŞ və Qərb İrana qarşı sanksiyaları ləğv edib. Obama administrasiyası İranın dondurulmuş 50 milyardlıq aktivini geri qaytarıb.