Səudiyyə 15 yaşda həbs etdiyi yeniyetməni başını kəsib çarmıxa çəkəcək
Tarix: 27-01-2016, 12:06 |
Çap et
FaktXeber.com-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı 2012-ci ildə həbs etdiyi 15 yaşlı yeniyetmə gənci rejimə qarşı fikirlər səsələndirdiyi üçün edam edəcək.
Beynəlxalq hüquq təşkilatlarının qəti etirazına baxmayaraq, monarxiya rejiminin məhkəməsi Addullah Əl-Zahir adlı bu gəncin başının kəsilməsi və daha sonra isə çarmıxa çəkilməsi haqda qərar verib.
"Daily Mail" qəzetinin yazdığına görə, Səudiyyə prokurorluğu onun haqda yuxarıda qeyd edilən ittihamı 2014-cü ildə irəli sürüb. Bu il məhkəmə prokurorluğun ittihamını qəbul edərək, gənc müxalifətçi barədə ölüm hökmü çıxarıb.
Abdullah Əl-Zahirin ailəsi bildirib ki, hökumət qüvvələri onun rejim əleyhinə danışdığı barədə etiraf mətninə zorla imza atdırıblar.
Hazırda Abdullah Zahir 19 yaşın içindədir.