Bakıda 22 zəncirvari qəza
Tarix: 27-01-2016, 11:47 | Çap et
Bakıda 22 zəncirvari qəza
Bu saata olan məlumata görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxt yollarında 22 zəncirvari yol qəzası baş verib.

Bunu Publika.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu qəzalardan yalnız birində iki nəfər xəsarət alıb, digər qəzalar maddi zərərlə nəticələnib.

V.Əsədov hazırda bütün yollarda hərəkətin normal olduğunu deyib:

“Şaxtalı hava şəraiti olsa da, yollarda sürüşmə ehtimalı aradan qaldırılıb. Paytaxtın inzibati ərazisinə aid olan hətta enişli-yoxuşlu yollarda, sərt döngələrdə belə normal hərəkət mümkündür. Buna baxmayaraq, yenə də sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edirik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net