ABŞ-da özünü buzdan təmizləyən yollar salınacaq
Tarix: 27-01-2016, 11:26 | Çap et
ABŞ-da özünü buzdan təmizləyən yollar salınacaq
ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda “Özünü buzdan təmizləyə bilən yollar” layihəsini irəli sürüb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, alimlərin yeni layihəsinə əsasən, polad yonqularından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcək. Hazırda Amerikanın Federal Aviasiya Adminstrasiyası beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir. Layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net