Elnarə polisə niyə çağırılıb?
Tarix: 27-01-2016, 11:11 |
Çap et
Elnarə Abdullayevanın polisə çağırılması ilə bağlı yayılan xəbər doğru deyil.
Bu sözləri əməkdar artist Elnarə Abdullayevanın vəkili Gülnar Nəzərli Elnarə xanımın müğənni Ülvi Qılıncın şikayəti əsasında polisə çağırılması xəbəri ilə bağlı Axar.az-a danışarkən deyib. O, bu xəbərin əsasız olduğunu bildirib:
“Heç bir şikayət yoxdur. Əgər belə bir şey olsaydı, biz qanun qarşısında öz öhdəliyimizi yerinə yetirər və polisə gedərdik”.
Qeyd edək ki, “Ölkə.az” müğənni Elnarə Abdullayevanın həmkarı Ülvi Qılıncın şikayəti əsasında polisə çağırıldığı barədə məlumat yayıb.