110 saylı avtobus piyadanı vurub: yaralı dünyasını dəyişib
Tarix: 27-01-2016, 10:37 | Çap et
110 saylı avtobus piyadanı vurub: yaralı dünyasını dəyişib
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayonun Nübar qəsəbəsində 110 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

Hadisə yerinə təcili yardım çağırılıb. Ağır yaralı piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda dünyasını dəyişən qadın piyadanın kimliyi polis əməkdaşları tərəfindən müəyyənləşdirilir.

Hadisəni törədən 110 saylı marşrut avtobusunun sürücüsü polis tərəfindən saxlanılıb. O, ifadəsində yolun qaranlıq olması səbəbindən qarşısına çıxan piyadanı görmədiyini bildirib.

Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (APA)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net