SOCAR dənizdəki bəzi işlərini dayandırdı - Səbəb
Tarix: 26-01-2016, 17:52 | Çap et
SOCAR dənizdəki bəzi işlərini dayandırdı - Səbəb
"Ölkə ərazisində şaxtalı hava şəraitinin soyuq və şaxtalı keçməsi ilə əlaqədar SOCAR bu gün dənizdəki bəzi işləri dayandırıb".

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud qanunvericiliyə və əməyin təhlükəsizliyi normativlərinə əsasən, havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar olaraq dənizdəki platforma və estakadalarda qazma və tikinti işləri, xüsusilə təhlükəli işlər, o cümlədən qaynaq işləri dayandırılıb.

"Hazırda yalnız hasilata nəzarət işləri həyata keçirilir", - deyə, N. Quliyev bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net