Krım referendumunun icraçılarından biri istefa verdi
Tarix: 26-01-2016, 16:19 | Çap et
Krım referendumunun icraçılarından biri istefa verdi
Sevastopol şəhər qanunverici orqanının sədri, Krımın Rusiyaya birləşdirilməsini təmin etmiş referendumun əsas icraçılarından olan Aleksey Çalıy istefa verdiyini bildirib.

“RİA Novosti” agentliyi bildirir ki, şəhər parlamentinin bugünkü sessiyasında Çalıyın istefa ərizəsini qanunverici orqanın aparat rəhbəri Sergey Qradirovski oxuyub.

Sevastopol parlamentinin mətbuat katibi Aleksey Filimonovun sözlərinə əsasən, reqlamentə uyğun olaraq, istefa ərizəsi yaxın günlərdə sessiyaların birində müzakirəyə çıxarılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net