Hollivudun Şöhrət xiyabanında daha bir tanınmış aktyorun adı yazılıb.
ANS PRESS-in məlumatına görə, məşhur “Məxfi materiallar” teleserialın baş qəhrəmanı Devid Duxovnı da Hollivud "Şöhrət xiyabanı"nda ulduza sahib olub.
Mərasimdə teleserialın yaradıcısı rejisor, prodüser və ssenarist Kris Karter və aktyorun yaxın qohumları iştirak edib.
24 yanvar Fox telekanalı 13 ildən sonra ilk dəfə serialın 10-cu mövsümünün ilk bölümünü təqdim edib.
"Məxfi materiallar" 1993-cü illərdə çəkilən populyar fantastik,dram,elmi-uydurma janrında olan seriallardır. Filmin ideyası,prodüserliyi Kris Karterə mənsubdur. Məxfi materiallar serialı ilk dəfə ABŞ-ın "Fox" Crime kanalında yayımlanıb. . Ardınca digər ölkələrin bir çox kanallarında yayımlanmağa başlayıb.
Serialın baş qəhrəmanı Federal Təhqiqat Bürosunda məxfi polis obrazını canlandırır. O, anomal hadisələrlə, insanların yadplanetlilər tərəfindən oğurlanması və müxtəlif mutantların insanları öldürməsi haqqında olan hadisələrlə məşğul olur.