Neft və indekslər ucuzlaşdı
Tarix: 26-01-2016, 11:33 |
Çap et
İraqın rekord səviyyədə neft çıxardığını elan etməsi dünya bazarında neftin qiymətinə və səhm indekslərinə ciddi təsir göstərib.
İraqın neft nazirliyindən Reuters-ə bildiriblər ki, dekabrda neft istehsalı rekord səviyyədə olub, mərkəzi və cənubdakı regionlarda gündə 4.13 milyon barrel neft çıxarılır.
Bir rəsmi istehsalın bu il daha da artacağını bildirib. Qonşu İran da istehsalı artırmağı planlaşdırır.
Yanvarın 25-də Brent markalı neftin barreli 6.7 faiz düşərək 30.03 dollara bərabərləşib. ABŞ nefti isə Nyu Yorkda 7.6 faiz düşüb və barrel 29.75 dollar olub
Tokiodan Uol Stritə qədər indekslər 1 faiz və daha artıq düşüb.