
Yanvarın 25-də Daşkəsən Mədən Zavodunun onlarla işçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlib.
Onlar 2 ildir əməkhaqqı ala bilmədiklərinə etiraz edirlər.
Etirazçılardan bir qismini nazirlikdə qəbul ediblər.
Əraziyə Çevik Polis Alayının əməkdaşları gətirilib. (azadliq.org)

