Ərdoğan imamların kobud səhvini bu cür düzəltdi
Tarix: 25-01-2016, 12:29 |
Çap et
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan PKK ilə vuruşmalarda şəhid olan Uğur Daşçının cənazə mərasiminə qatılıb.
Baş nazir Əhməd Davudoğlu və 7 nazirin də qatıldığı dəfn mərasimində qəribə hadisə yaşanıb. Moderator.az türk mediasına istinadən xəbər verir ki,mərhumun tabutu cənazə namazında İslam qaydalarına uyğun olaraq qiblə istiqamətində deyil, əks tərəfə qoyulub.
Cənzaə namazına başçılıq edən imamlardan və ora qatılan insanlardan kimsə bunun fərqində olmayıb. Lakin bu kobud səhv Rəcəb Tayyib Ərdoğanın gözündən qaçmayıb. O, həmin imamlara bu barədə məlumat verib. Şəhidin tabutu qiblə istiqamətində qoyulduqdan sonra cənazə namazı qılınıb.