Biz hansı qapıları sındırırıq?
Tarix: 25-01-2016, 11:29 | Çap et
Biz hansı qapıları sındırırıq?
Bu günlərdə Rusiya ictimaiyyətini təəccübləndirən bir hadisə baş verdi.

Görünməmiş ajiotaj nəticəsində insanlar vurub kütləvi ziyarət üçün nəzərdə tutulmuş bir məkanın qapısını sındırdılar. Bu, nə supermarket, nə də kinoteatr qapısı deyildi, heç futbol azarkeşlərinin derbi oyunlarında axın etdiyi stadionların da qapısı deyildi. Bu, rəsm sərgisinin keçirildiyi Tretyakov qalereyasının qapısı idi.

İnsanlar mənfi 10-15 dərəcə soyuqda 3-4 saat uzun-uzadı növbə gözləyirdilər ki, qalereyaya daxil olub, dahi portretist Valentin Serovun rəsmlərinə tamaşa etsinlər.

Bu hadisə hansısa bir Avropa ölkəsində baş versəydi, söyləyərdik ki, bəxtəvərlərin başqa problemi yoxdur, sərgiyə növbəyə durublar. Amma hadisə, necə deyərlər, vaqe olub bu günümüzün Rusiyasında. O Rusiyada ki, 3 gün əvvəl rubl görünməmiş sürətlə dəyərini itirir və insanlar göz görə-görə kasıblayırdılar. Onlar isə supermarketlərə deyil, qalereyaya hücum etmişdilər.

Ekspertlərin dediklərinə görə, bu, SSRİ və Rusiya tarixində ən çox baxılan sərgilərdən biri oldu. Çox əcəb.

Əziz oxucu! Bəs siz son dəfə hansısa rəsm sərgisinə nə vaxt getmisiniz? Ümumiyyətlə, qalereyaların harada olduğundan və orda arabir sərgilərin keçirildiyindən xəbəriniz varmı? Sərgi bir yana, sonuncu dəfə teatr tamaşasına nə vaxt televiziyada deyil, canlı olaraq elə teatr binasında baxmısınız?

- Mədəniyyət olmayacaqsa, biz nəyə görə vuruşuruq? - deyə Çörçill cavab verir...

Hüseyn İsmayılbəyli

Biz hansı qapıları sındırırıq?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net