Rayonlarda vəziyyət necədir? - Güclü qarın fəsadları
Tarix: 25-01-2016, 11:07 | Çap et
Rayonlarda vəziyyət necədir? - Güclü qarın fəsadları
Bölgələrə yağan güclü qar bəzi problemlərə səbəb olub. Dağlıq rayonlarda kənd yolları bağlanıb, enerji verilişində problemlər yaranıb. Hazıra güclü qarın yaratdığı fəsadların aradan qaldırıldığı bildirilir.

Quba rayon İcra Hakimiyyətin memarlıq və tikinti şöbəsindən AzVision.az-a verilən məlumata görə, rayon ərazisində yollar qardan tam təmizlənib.

Qarlı hava şəraiti Daşkəsən rayonunda bir çox fəsadlar yaradıb. Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Əhmədov saytımıza bildirib ki, hazırda yolların təmizlənməsi üçün əraziyə ağır texnika gətirilib.

“Rayonun enerji təminatında hazırda problem yoxdur. Bir-iki gün bundan öncə, güclü külək bir neçə yaşayış binasının dam örtüyünü uçurmuşdu. Hazırda bu problem aradan qaldırılır. Ümumilikdə rayon ərazisində ciddi problem yoxdur”.

Gədəbəy rayon İcra hakimiyyətindən isə bildirilib ki, güclü qardan sonra bəzi yollarda yaranan problem aradan qaldırılır, hazırda bu istiqamətdə iş aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net