"Çalışmışam köklüyümlə bağlı kompleks yaratmayım"
Tarix: 22-01-2016, 17:26 |
Çap et
Essentukidən müalicə və istirahətdən qayıdan aşıq Əli 8 kiloqram çəki atıb.
Trend-in məlumatına görə, bunu sağlamlığı üçün edən sənətçi köklüklə bağlı kompleksinin olmadığını birdirib: “Çalışmışam köklüyümlə bağlı kompleks yaratmayım. Özümü rahat və gümrah hiss edirəm. Bu da yəqin gəncliyimlə bağlıdır. Bilirəm ki, gələcək illərdə orqanizmdə müəyyən fəsadlara yol aça bilər. Hələki bəzi kökəlməyə meyilli qidalardan uzaq durmağı qarşıma məqsəd qoymamışam. Amma hərdən düşünürəm ki, qida rasionumda məhddiyyətim olmalıdır. Sanatoriyada 8 kiloqram çəki atmışam. Konkret çəkimi demək istəmirəm. Amma müalicə kursu keçərkən mənə müəyyən pəhriz proqramı müəyyən edilib. Çalışacam bunu Bakıda da davam etdirim. İş qrafikimiz bəzən buna mane olur. Məclislərdə qonaq kimi iştirak edəndə yemək yeyirəm, sənətçi kimi qatılanda yemirəm. Gəlib evdə yeməli oluram, bu da gecə saatlarına təsadüf edir. Kənd toylarında isə yeyirəm. Mənim üçün ən əsası sağlamlıqdır, əsas sağlamlığımı qorumağa çalışıram”.