Rusiya Ermənistan dağlarında hərbi kəşfiyyatçılar hazırlayır
Tarix: 22-01-2016, 17:07 |
Çap et
Rusiya Cənub Hərbi Dairəsi kəşfiyyatçılarının Ermənistandakı dağlıq ərazilərdə təlimi başlayıb.
Virtualaz.org Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən bildirir ki, 300 hərbçinin iştirak etdiyi təlimlər bir ay sürəcək. Hərbi tapşırıqlar dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, aşağı temperatur şəraitində keçirilir.
Qış təlimlərinin əsas özəlliklərindən biri müasir “Ratnik” geyim formasının praktikada sınaqdan çıxarılması və bütün tapşırıqların mütləq hərbi xizəklə yerinə yeturiməsini təmin etməkdir.
Onu da qeyd edək ki, bu geyim forması Cənub Hərbi Dairəsində qulluq edənlərə 2015-ci ilin sonlarında paylanılıb.