Mərkəzi Bank bir günə 200 milyon dollar satdı
Tarix: 22-01-2016, 15:49 | Çap et
Mərkəzi Bank bir günə 200 milyon dollar satdı
Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bankdan ANS PRESS-ə verilən məlumata görə, 22 yanvar tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirib. Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz nisbətində təmin olunub.

Yanvar ayının 18-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və bu vəsaitin 193 milyon 896 min ABŞ dolları 28 banka satılıb.

Bundan öncə isə yanvar ayının 15-də Azərbaycan Mərkəzi Bankı vasitəsilə hərrac təşkil edilib.
Bu hərrac zamanı Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net