"Google"dan "Apple"a 1 milyard dollar
Tarix: 22-01-2016, 14:03 |
Çap et
“Google” 2014-cü ildə “iPhone”larda öz axtarış sisteminin quraşdırılması üçün 1 milyard dollar ödəyib. ANS PRESS-in məlumatına görə, “Google” şirkətinin indiyənədək gizli saxladığı bu məbləğ “Oracle Corp” şirkətinin axtarış sisteminə qarşı qaldırdığı müəllif hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə zamanı ortaya çıxıb.
Bəhs edilən məbləğ haqqında məhkəmədə "Orcale"nin vəkili Annet Xerst danışıb.
“Google”a “Apple” avadanlıqlarına axtarış sisteminin quraşdırılması üçün ödənilən məbləğ haqqında uzun müddətdir şayiələr dolaşsa da, şirkət bu məlumatları gizlin saxlayıb.
Vəkil həmçinin onu da vurğulayıb ki, axtarış sisiteminin “iPhone” istehsalçısı “Apple” ilə razılaşmasına əsasən, “Apple” “Google”un cihazları vasitəsi ilə əldə etdiyi gəlirlərdən də faiz alır.
Onun sözlərinə görə, “bir müddət gəlirlərdən əldə olunan faiz 34% təşkil edirdi. Lakin stenoqramda bu məbləğin “Google”un özünə saxladığı, yoxsa “Apple”a ödənildiyi aydın deyil".
Axtarış sistemi əldə olunan razılaşma məlumatlarının məxfi saxlanılmasını, istəyərək, ictimaiyyətə açıqlanmasına qarşı çıxıb. Şirkət stenoqramın redaktə edilməsinin, bu cür məlumatların açıqlanmasının digər şirkətlərlə razılığa gəlmək qabiliyyətinə ciddi təsir edə biləcəyini bildirib. “Apple” “Google”un bu istəyini nəzərə alıb.