Baş nazirin qızı dünyaya gəldi - Davos səfərindən imtina etdi
Tarix: 22-01-2016, 14:01 |
Çap et
Belçika baş naziri Şarl Mişel qızının dünyaya gəlməsi ilə bağlı Davos İqtisadi Forumuna səfərini ləğv edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazirin Davosda çıxışı planlaşdırılsa da, Jana adı verdiyi qızının yanvarın 21-də doğulması səbəbindən səfərdən imtina edib.
Belçika telekanalı bildirib ki, baş nazir vətəndaş nikahında olduğu arvadı Ameli Derbodrenqyeni doğum zamanı tək qoymaq istəməyib.
Qeyd edilir ki, belçikalı nazirin artıq ilk evliliyindən 11 yaşlı oğlu var.