Dünyanın ən qədim nağılı tapılıb
Tarix: 22-01-2016, 12:15 | Çap et
Dünyanın ən qədim nağılı tapılıb
Dünyanın ən qədim nağılı 6 min il əvvəl yaranıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Royal Society jurnalında dərc olunub.

Araşdırma Darem və Nueva de Lissabon Universitetlərindən olan alimlər qrupu tərəfindən aparılıb. Analiz üçün müxtəlif xalqların ən geniş yayılmış 275 süjeti götürülüb. Alimlər 2000 müxtəlif nağılı araşdırıblar. Onlardan özünəməxsus «ağac» düzəldilib, nəticədə sehrli əhvalatların kökünü müəyyənləşdirmək mümkün olub.

Hər «budaqla» unikal nağılların sayı azaldılıb. Məlum olub ki, bu gün bizə məlum olan əhvəlatların çoxu əslində yunan roma və kelt mifologiyasının motivləri əsasında yaradılıb. Məsələn Cek və paxla toxumu barədə nağılın 5 min yaşhı var imiş.

Yer üzündə ən qədim nağıl isə «Dəmirçi və İblis» nağılı imiş. O, təqribən 6 min il əvvəl yaranıb. Onun süjeti jeniş yayılaraq bir çox xalqlarda istifadə olunub. Nağıl sadədir: Dəmirçi zalım varlıqla (İblislə) saziş bağlayaraq, ürəyini fövqəltəbii qüvvə müqabilində dəyişir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net