Türk kişiləri evliliklə aldadan azərbaycanlı qadın tutuldu
Tarix: 22-01-2016, 12:13 |
Çap et
Türkiyədə vətəndaşları evlilik vədi ilə aldadan azərbaycanlı qadın yaxalanıb. ANS PRESS-in məlumatına görə, hadisə Amasyanın Merzifon rayonunda baş verib. Qadın bu əməlinə görə axtarışda olsa da, təsadüfən yaxalanıb.
Polislər adi reyd zamanı yoldan keçən maşınlardan birini saxlayıblar. Avtomobildə 49 yaşlı sürücüdən başqa 33 yaşlı azərbaycanlı Gülnarə H. da olub. Onların sənədlərini yoxlayan polis qadının vəsiqəsinin saxta olduğunu görüb.
Araşdırma zamanı bəlli olub ki, Gülnarə bir neçə il öncə adıçəkilən rayonda bir nəfəri evlilik vədi ilə aldadıb və 20 min lirə (təqribən 10 min manat) pulunu alaraq qaçıb.
Saxlanılan Gülnarə H.
Hüquq mühafizə orqanları qadının maşınında olduğu sürücünü də aldatmağa çalışdığını deyiblər. Azərbaycanlı qadın bunun müqabilində qarşı tərəfdən 16 min lirə (8 min manat) tələb edib. Pulun yarısını nəğd alıb, geri qalanını isə toydan sonra almaq barədə razılaşıblar.
Gülnarə H. məhkəmənin qərarı ilə həbs edilib.