Feysbukda mesajlar niyə getmir?
Tarix: 22-01-2016, 12:05 |
Çap et
Feysbuk sosial şəbəkəsində texniki problemlər yaranıb.
Axar.az-ın xəbərinə görə, Feysbuk istifadəçilərinin bir-birinə göndərdiyi mesajlar ya getmir, ya da vaxtından çox gec çatır.
Artıq bir neçə gündür yaranan bu problem sosial şəbəkə istifadəçilərinin ünsiyyət qurmasında çətinlik yaradıb. Xüsusilə, elektron mediada çalışanların iş fəaliyyətində ciddi maneələrə səbəb olub.
Hələlik sosial şəbəkə rəhbərliyi tərəfindən heç bir açıqlama verilməyib.