Sabiq baş redaktor "bir qonaqlığa yazı" ittihamı barədə nə dedi?
Tarix: 22-01-2016, 11:51 |
Çap et
"İradə Ayteli tanımıram, tanımaq da istəmirəm".
Bunu Moderator.az-a açıqlamasında tanınmış yazıçı, "Ulduz" jurnalının sabiq baş redaktoru Elçin Hüseynbəyli bildirib.
Elçin Hüseynbəyli deyib ki, İradə Ayteli tanımadığına görə, onun hansısa fikrinə şərh verməyi doğru olmazdı.
Xatırladaq ki, yazar İradə Aytel Moderator.az-a verdiyi müsahibədə Elçin Hüseynbəylini "Ulduz" jurnalında bir qonaqlığa yazı verməkdə günahlandırmışdı.