Sevgilisini qətlə yetirənin məhkəməsi başladı
Tarix: 22-01-2016, 11:39 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ötən il avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.
Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.