Meyra azərbaycanlı müğənni ilə duet oxuyacaq
Tarix: 22-01-2016, 11:11 |
Çap et
Türkiyəli müğənni Meyra “Türkvision” müsabiqəsinin azərbaycanlı qalibi Fərid Həsənovla duet oxuyacaq.
Axşam.az-ın məlumatına görə, bu haqda bəstəkar Gövhər Həsənzadə xəbər verib.
O, ifaçıların duet şəklində səsləndirəcəkləri bəstənin sözlərinin Ayşe Birgül Yılmaza, musiqisinin isə özünə aid olduğunu bildirib:
“Meyranın gözəl səsi var. Onlar üçün yazdığım lirik mahnı da çox gözəldir”.
Qeyd edək ki, F.Həsənov "Türkvision"a 2013-cü ildə qatılıb və "Yaşa" mahnısı ilə qalib olub.