Dünya çempionumuza hücum oldu
Tarix: 22-01-2016, 11:06 | Çap et
Dünya çempionumuza hücum oldu
Yunan-Roma güləşi üzrə ikiqat Dünya və ikiqat Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarov haker hücumuna məruz qalıb.

ANS-in məlumatına görə, haker tanınmış idmançımızın Feysbuk hesabını sındırıb.

Hesabın parolunu oğurlayanlar idmançımızın dostluğundakı xanımlardan biri ilə sevgi münasibətində olduğunu işarələyib. Ancaq bir neçə dəqiqə sonra həmin münasibətdə olduğu görüntü ləğv etdirilib. 2015 Avropa Oyunlarının bürünc mükafatçısı özü hesabını geri qaytara bilib və sosial şəbəkə vasitəsi ilə belə açıqlama verib: “Mən münasibət qurmamışdım. Kimsə mənim parolumu oğurlayıb edib”.

Xatırladaq ki, Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında 60 kq-da mübarizə aparan Elman Muxtarov finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimizin finalda rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada güləşçimiz qalib gələrək qızıl medala sahib olub.

Elman həmçinin I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsində erməni qan tökməklə yadda qalıb. Muxtarovun 3-cü yer uğrunda döyüşündə rəqibi ermənistanlı Roman Amoyan olub. Güləş zamanı erməni idmançının qaşı partlayıb. Oyuna bir neçə dəqiqə fasilə verilib. Amoyana tibbi yardım göstərildikdən sonra erməni meydana çıxıb. Lakin Elman Muxtarov onu peşman edib. 20 yaşlı Muxtarov erməni təmsilçi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net