Təbrizdə vəfat edən uşağın meyitinin qaytarılması üçün tədbir görülür
Tarix: 22-01-2016, 10:55 | Çap et
Təbrizdə vəfat edən uşağın meyitinin qaytarılması üçün tədbir görülür
"10 aylıq Qorqud Dadaşzadənin Təbrizin "Kudakan" uşaq klinikasında vəfat etməsi ilə bağlı məsələ Azərbaycanın Təbrizdəki baş konsulluğunun nəzarətindədir".

Bu barədə "Report"a Azərbaycanın Təbrizdəki baş konsulluğundan bildirilib.
Konsulluq uşağın meyitinin Dadaşzadə ailəsinə 3200 manat borcu olduğuna görə verilməməsindən xəbərdardır.

"Bütün məsələlər həll olunandan sonra ictimaiyyətə xəbər veriləcək. Baş konsulluq bu problemin həll olunması üçün qanun çərçivəsində bütün mümkün addımları atır", - deyə baş konsulluqdan bildirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net