Musiqiçi Kalvin Herris (Calvin Harris) 2013-cü ildə aldığı evini 10 milyon dollara satışa çıxarıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dörd otaqlı ev Lon-Anceles mənzərəlidir. Evin girişi budizmdən ilhamlanaraq düzəldilib. 32 yaşlı məşhur di-cey və sevgilisi, müğənni Teylor Svift bu evdə tez-tez görünüblər.
Saunası və hovuzu xüsusi zövqlə dizayn edilən evdə Kalvinin kiçik studiyası da yerləşir.