Azərbaycanda 15 il əvvəl dəhşətli qətl törətmiş ata və gəlinin məhkəməsi başlayır
Tarix: 21-01-2016, 17:44 | Çap et
Azərbaycanda 15 il əvvəl dəhşətli qətl törətmiş ata və gəlinin məhkəməsi başlayır
Azərbaycanda 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının ötən il həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev tutulub. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsrət oğlunu qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. Quba rayon Məhkəməsinin qərarı ilə Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, öldürülən Elman Əliyev Həsrət Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net