İŞİD “Vəba hücumu”na başlayacaq – Şok iddia
Tarix: 21-01-2016, 17:25 | Çap et
İŞİD “Vəba hücumu”na başlayacaq – Şok iddia
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İŞİD-in vəba xəstəliyi yaymaq üçün hazırlığa başladığını açıqlayıb.

Axar.az xəbər verir ki, kəşfiyyat xidmətinin əldə etdiyi məlumata görə, içməli su hövzələri, anbarlar və digər qaynaqlar terrorçular tərəfindən hədəf alınacaq.

Təşkilatın xüsusilə Türkiyədə çox yayılmayan və heyvanlardan keçən vəba xəstəliyinə bənzər Tulyaremiya xəstəliyinin mikrobu ilə hücuma keçəcəyi dəqiqləşib.

Terrorçular bu planı reallaşdırmaq üçün ələ keçirdiyi İprit, Qarayara və xlor qazından istifadə edəcək.

Faktla bağlı Türkiyənin bütün regionlarındakı təhlükəsizlik qüvvələri məlumatlandırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net