Kişinyovda etiraz aksiyasının iştirakçıları parlament binasına girişi bağlayıblar
Tarix: 21-01-2016, 16:36 | Çap et
Kişinyovda etiraz aksiyasının iştirakçıları parlament binasına girişi bağlayıblar
Virtualaz.org saytı TASS agentliyinə istinadla xəbər verir ki, Kişinyovda etiraz aksiyasının iştirakçıları parlament binasının girişini bağlayıblar, bununla yanaşı nümayişə çıxanların sıralarına qoşulanların sayı getdikcə artır.

Qeyd edildiyi kimi, parlament və hökumət gücləndirilmiş polis kordonları ilə mühasirəyə alınıb.

“Nümayiş iştirakçıları partiya bayraqlarından imtina etmə çağırışına uyaraq, özləri ilə Moldovanın bayrağını gətiriblər”, - agentliyin müxbiri belə bildirib.

Kişinyovda ölkə parlamentinin qarşısında kütləvi etiraz aksiyaları başlayıb. Etiraz aksiyasının iştirakçıları Pavel Filipin başçılığı ilə yeni hökumətin təsdiqlənməsinə qarşı çıxırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net