“Çinin itirdiklərini əsasən ABŞ qazanır"
Tarix: 21-01-2016, 15:40 | Çap et
“Çinin itirdiklərini əsasən ABŞ qazanır"
“2015-ci ildə ABŞ-a yönələn xarici sərmayələr 4 dəfə artaraq 384 milyard dollara yüksəlib”.

Modern.az saytının verdiyi məlumata görə, bunu iqtisadçı Rövşən Ağayev bildirib. O qeyd edib ki, Çin nəinki liderliyi əldən verib, hətta Honkonqdan da geri düşərək 3-cü pillədə yer alıb:

“Kənar investisiyaların kəskin ixtisarı azmış kimi Çində olan əcnəbi sərmayədarlar da kütləvi qaçmağa başlayıb. 2015-ci ildə Çindən 676 milyard dollar həcmində kapital qaçıb.

Resurslar yenidən inkişaf etməkdə olan dünyadan inkişaf edən coğrafiyaya yön alır.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2014-cü ildə inkişaf etməkdə olan bazarlardan (Çin, Braziliya, Rusiya və s.) cəmi 111 milyard dollar kapital axını olub. 2015-də bu məbləğ 7 dəfəyədək artaraq 735 milyard dollara çatıb”.

Ekspert nəticə olaraq inkişaf etməkdə olan bazarlarda iqtisadi fəallığın kəskin azalmasını qaçılmaz hesab edib:

“Dünyada birjalar vasitəsilə realizə olunan xammalın 60 faizinə qədəri bu ölkələrin payına düşürdü. Yəni xammal bazarlarındakı qiymət şoklarının hələ bir müddət davam etməsi real görünür. Həm də çox maraqlı vektor var: Çinin itirdiklərini əsasən ABŞ qazanır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net