“Putin iki dəfə Münhenə dəvətimdən imtina etdi”
Tarix: 21-01-2016, 15:09 |
Çap et
Rusiya Prezidenti Vladimir Putin iki dəfə Münhen Təhlükəsizlik Konfransına dəvətdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Konfransın sədri Volfqanq İşinqer deyib.
“Mən Putinə ilk dəvəti hələ ötən ilin sentyabrında göndərdim. Payızda cavab gəldi və o, dəvətdən imtina etdi. Onun fikrinin dəyişdiyini düşünüb, dekabrda təkrar dəvət məktubu göndərdim. Lakin onun cavabı dəyişmədi. Putinin tonu dostyana idi”, - İşinqer bildirib.
O, Rusiyanı konfransda Xarici İşlər naziri Sergey Lavrovun təmsil edəcəyini açıqlayıb.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 12-14 fevralda baş tutacaq.