Məşhur aktyordan neft üsyanı: DAHA BƏSDİRİN! - VİDEO
Tarix: 21-01-2016, 14:32 | Çap et
Məşhur aktyordan neft üsyanı: DAHA BƏSDİRİN! - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Kristal Mükafatın sahibləri bəlli olub. Bu il mükafata məşhur aktyor Leonardo di Kaprio, Yeo Çen, sənətçi Olafur Eliasson, musiqiçi will.i.am layiq görülüblər.

Ətraf mühit və iqlim dəyişikliyi ilə əlaqədar gördüyü işlərə görə mükafatlandırılan Leonardo di Kaprio çıxış edərkən bunları deyib:
«Gələcəyimiz üçün neft sənayesinin acgözlüyünə artıq göz yuma bilmərik. Daha bəsdirin!.. Dünya bundan daha yaxşısını bilir, bizlər daha yaxşısını bilirik. Keçən ay dünya liderləri Parisdə karbon emissiyası ilə əlaqədar tarixi ir sazişə imza atdılar. Bu hələ ilk mərhələdir, amma gələcəyimiz üçün apardığımız mübarizədə zəfər üçün uzun bir yol var. Bu müddətdə dəyişiklik üçün lazım olan bağlılığa və bacarığa sahib olmalıyıq».

Qeyd edək ki, vəşhur aktyor 1988-ci ildə yaratdığı Leonardo DiCaprio Vəqfində nəsli tükənən canlılar və iqlim dəyişikliyi məsələlərində böyük işlər görüb, Birləşmiş Millətlərlə həyata keçirdiyi layihəylə ətraf mühiti bütün canlılar üçün daha yaşanabiləcək hala gətirməyi hədəfləmişdir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net