Pakistanda matəmdir
Tarix: 21-01-2016, 13:07 | Çap et
Pakistanda matəmdir
Yanvarın 21-də Pakistanda matəm elan olunub. Bir gün öncə islamçı silahlılar Xıber Paxtuxva vilayətində universitetə hücum edib, tələbələri, müəllimləri qətlə yetirib. Pakistan hərbçiləri həmin 4 nəfəri öldürüb.

Bacha Khan Universitetində həlak olanların sayı 21-ə çatıb.

Bacha Khan və yaxınlıqdakı Abdul Wali Khan universitetləri bağlanıb.

Hücuma görə məsuliyyəti Pakistan Talibanı üzərinə götürüb.

2014-cü ilin dekabrında Peşəvərdə bir məktəb taliban hücumuna məruz qalmışdı, 140-dan çox şagird və müəllim həlak olmuşdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net