Obamadan İŞİD-ə qarşı növbəti həmlə
Tarix: 21-01-2016, 11:36 |
Çap et
Obama ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstanda İŞİD-ə və Əl Qaidəyə qarşı əməliyyatlar təşkil etməsinə icazə verib.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti hərbi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Obama bu qərarı İŞİD və Əl Qaidəyə qarşı əməliyyatlar, əfqan əsgərlərini qorumaq və xarici hərbçilərə kömək etmək üçün verib.
Qeyd edək ki, Əfqanıstan ordusu bir neçə gün öncə ölkənin şərqində 50 İŞİD döyüşçüsünü zərərsizləşdirib.