ABŞ 40 ildə ilk dəfə bunu etdi - Neft qiymətinə daha bir zərbə
Tarix: 21-01-2016, 11:25 |
Çap et
Son 40 ildə ilk dəfə amerikan nefti dolu tanker ABŞ-dan Avropaya gəlib.
Avropa.info xəbər verir ki, tanker nefti Fransanın Marsel limanında boşaldacaq. ABŞ-ın neft ixracatına qoyduğu qadağanı götürməsindən sonra bu ilk neft nəqlidir. Neftin alıcısı İsveçrənin “Vitol Group” şirkətidir. Yaxın zamanda daha bir tanker Hyuston limanından çıxaraq Avropaya yönələcək.
70-ci illərdən bəri ABŞ-ın ilk eksportu sayılan bu neft 18 dekabrda ABŞ senatının 40 illik qadağanı götürməsindən sonra mümkün olub.