Milli Məclis sabah 5 məsələyə baxacaq
Tarix: 18-01-2016, 17:44 |
Çap et
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 5 məsələ daxil edilib.
Bu haqda Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O, qeyd edib ki, sabahkı iclasda “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi, “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması, Vergilər Məcəlləsi və İnzibati Xətalar Məcəlləyə, eləcə də , “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulub.