İran prezidenti: “Artıq nüvə proqramı təhlükə hesab edilməyəcək”
Tarix: 18-01-2016, 17:15 |
Çap et
"İranın nüvə proqramı bundan sonra dünya və regional təhlükəsizliyə təhdid kimi qəbul edilməyəcək."
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu ölkə prezidenti Həsən Ruhani televiziya ilə xalqa müraciətində bildirib.
“Bu gündən etibarən İranın nüvə proqramı saxta bəhanələr altında dünya və regional təhlükəsizliyə təhdid kimi qəbul edilməyəcək.
İndi nüvə proqramı elmi, texnoloji, işgüzar və iqtisadi qarşılıqlı fəaliyyət, əməkdaşlıq üçün layihə kimi nəzərdən keçirilir.
İranın nüvə proqramı millətin inkişafı, sabitlik və regional təhlükəsizlik yolunda yeni texnologiyalar üçün resur olacaq.", - H.Ruhani əlavə edib.