Bakının mərkəzindəki muzeydən oğurluq edilib
Tarix: 18-01-2016, 16:22 | Çap et
Bakının mərkəzindəki muzeydən oğurluq edilib
Bakıda muzeydən oğurluq edilib. Lent.az-ın məlumatına görə, hadisə Lermontov küçəsi 3 ünvanında (Hökumət evinin arxası) yerləşən Təbiət Tarixi Muzeyində baş verib. H. Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya elmlər namizədi Tariyel Heybətov polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər muzeyin pəncərəsini sındıraraq içəri daxil olub. Muzeydən "Canon" markalı fotoaparat və HP 620 markalı iki noutbuk götürülüb. Hadisə vaxtı muzeydəki eksponatlara və digər əşyalara ziyan vurulmayıb.

Faktla bağlı əməliyyat -axtarış tədbirləri həyata keçirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net