Neftlə bağlı xoş xəbər: Oman hasilatı azaldır
Tarix: 18-01-2016, 16:00 |
Çap et
Oman sultanlığı neft hasilatını 5 və ya 10% azaltmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında Omanın Neft naziri Məhəmməd bin Həmada Rumhi söyləyib. Onun sözlərinə görə, digər neft istehsalçıları da bu addımı atmağa hazır olmalıdırlar:
“İranın gözlənilən neft ixracı Omanı narahat etmir. Dünyadakı neft bazarı stabil deyil. Biz hazırda əsl sunami yaşayırıq”.
Qeyd edək ki, bundan öncə Birləşmiş Ərəb Əmirliyi neft ixracını dayandıra biləcəyini bəyan edib. İxracın azalması hazırda neft qiymətinin stabilləşməsinə səbəb ola bilər.