Stilistdən Eltona: "Arıqlamaq lazımdır"
Tarix: 18-01-2016, 15:50 | Çap et
Stilistdən Eltona: "Arıqlamaq lazımdır"
“ATV maqazin onlarla” verilişinin “Fashion” rubrikasının budəfəki qonağı müğənni Elton Hüseynəliyev olub.

Axşam.az-ın məlumatına görə, sənətçi öz zövqünə şübhə etmədiyini deyib:

“O qədər də qlamur geyinmirəm. Sənətimə görə ciddi tərzimi qoruyub saxlamışam. İşlərimə görə klassik geyinirəm. Gündəlk həyatda isə rahat libaslardan istifadə edirəm. Dəblə ayaqlaşmağı xoşlamıram. Dəblə ayaqlaşmağa çalışsam, pulsuz qalaram. Brend almaq üçün gərək onların vətəninə gedəsən”.

Stilist Fuad Hacıyev ifaçının geyimindəki qüsurları sadalayıb:

“Şablon geyim tərzidir. Rəngləri düzgün uyğunlaşdırıb. Bu yandan söz ola bilməz. Eltona bir az arıqlamaq lazımdır. Bədən formasına görə düzgün geyinməyib. Nəyisə gizlətmək lazımdır. Bəsdir Elton, yığışdır özünü, nə qədər olar? Üstündə aksesuarlar çoxdur. Məncə o qayışı taxmamalıdır. Köynəklə pencəyin bir yerdə olması yaxşıdır. Ayaqqabısı qəşəngdir, amma şalvarıyla uyğun deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net