“Elə orada ürəyim partlayacaq...”
Tarix: 18-01-2016, 15:22 |
Çap et
Səhnədə ölüm mənə xoş olar, bu, böyük xoşbəxtlikdir.
Axar.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “10-dan sonra” verilişində danışarkən deyib. Müğənni həmkarlarına heç bir paxıllıq hiss etmədiyini bildirib:
“Həmişə deyirəm, bir gün elə oxuyacam ki, elə orada da ürəyim partlayacaq. Böyük ustadlarımızı dinləyəndə mənə o qədər təsir edir ki, az qala, üstümə təcili yardım gətirsinlər.
Başqa həmkarım oxuyanda səsi ürəyimə yatdısa, qürurum yoxdur, gedib qucaqlayıb üzündən öpəcəm”.