Permyakovun məhkəməsində qalmaqal düşdü
Tarix: 18-01-2016, 15:09 | Çap et
Permyakovun məhkəməsində qalmaqal düşdü
Ötən ilin yanvarında Avetisyan ailəsinin qətlində təqsirli bilinən Valeri Permyakovun növbəti məhkəmə prosesi keçirilir

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Gümrü şəhərində yerləşən 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb.

Permyakov məhkəmə zalına daxil olarkən, öldürülən ailənin qohumlarından biri əsəblərinə hakim ola bilməyib. Permyakou görən qadın qışqırmağa başlayıb. Hakimlər onu sakitləşdirməyə çalışsa da, qadın bir neçə dəfə yerdən çıxış edərək, müttəhimin ünvanında ağır ifadələr işlədib.

Xatırladaq ki, Permyakov ötən ilin yanvar ayının 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. Yanvarın 19-da o da dünyasını dəyişib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net