Azərbaycanda 6 nəfər dəm qazından boğulub
Tarix: 18-01-2016, 15:05 | Çap et
Azərbaycanda 6 nəfər dəm qazından boğulub
Azərbaycanda dəm qazından ölüm halları baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 17-də Binəqədi rayonu ərazisində yaşayan Zərifə Salmanova, Yasamal rayonu ərazisində yaşayan Ramiz Zeynalov, Sumqayıt şəhərində yaşayan Nicat Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Yanvarın 12-də Abşeron rayonu ərazisindən qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Gülər Şirinova yanvarın 17-də orada ölüb. Araşdırmalarla onun qidadan deyil, dəm qazından zəhərlənməsi müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net