Baş redaktor: “Avropa Məhkəməsinə də şikayət edəcəyik”
Tarix: 18-01-2016, 14:45 | Çap et
Baş redaktor: “Avropa Məhkəməsinə də şikayət edəcəyik”
“Məhkəmənin qərarını hələ bu gün almalıyıq. Əgər qərarı bu gün versələr, 1-2 günə apellyasiya şikayəti verəcəyik”.

Bu sözləri Modern.az saytına “AzPolitika.info”nun rəhbəri Elnur Məhərrəmli deyib.

Baş redaktor həmçinin bildirib ki, apellyasiya şikayətinə ədalətli baxılıb-baxılmaması haqda nəsə demək çətindir:

“Bu barədə bir söz demək çətindir. İşə ədalətlə baxılsa, məhkəmə mübahisəsinə səbəb olmuş məqalədəki "özündənrazı", "kobud", "heç kimdir" kimi sözlərin şəxsin şərəf və ləyaqətini alçaltmadığını, təhqir olmadığını müəyyənləşdirmək o qədər də şətin olmayacaq”.

Elnur Məhərrəmli apellyasiya şikayətinin təmin olunmayacağı təqdirdə bu mübarizədən əl çəkməyəcəklərini deyib : “Sonadək gedəcəyik. Apellyasiya şikayəti təmin olunmazsa, Avropa məhkəməsinə də şikayət edəcəyik”.

Qeyd edək ki, E.Məhhərəmli Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərov tərəfindən məhkəməyə verilib.

BDYP rəisi saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib.

E.Məhərrəmli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net