Xoşqədəmin həyat yoldaşı prezidentlə görüşdü (FOTO)
Tarix: 18-01-2016, 11:07 | Çap et
Xoşqədəmin həyat yoldaşı prezidentlə görüşdü (FOTO)
Türkiyənin tanınmış ifaçısı Doğuş Rəcəb Tayyib Ərdoğana albom hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya yola düşən zamanı hava limanına Doğuşu dəvət edib.

İfaçı prezidenti çox sevdiyini deyib:

“Onu çox sevirəm. O, dünya lideridir, bizim hər şeyimizdir”.

Doğuş yeni albomu “Aklında bulunsun”u Rəcəb Tayyib Ərdoğana hədiyyə edib. Prezident ifaçının hədiyyəsini qəbul edərək “Albomun xeyirli olsun, ona qulaq asacağam” deyib.

Xoşqədəmin həyat yoldaşı prezidentlə görüşdü (FOTO)
Rəcəb Tayyib Ərdoğan və Doğuş

Müğənnin karyerası ərzində 18-ci albomu olan “Aklında bulunsun”da 11 mahnı yer alır. O, albomunda qaradənizli olan Ərdoğana da mahnı həsr edib.

Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib. Toy mərasimi Bakıda həyata keçirilib. Xoşqədəm Hidayət qızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV–də "Xoşqədəmlə axtarıram səni "və "Sən tək deyilsən" verlişlərinin aparıcısı olub. Hazırda "Deməsək olmaz" verilişinin aparıcısdır.

Sosial şəbəkədə aktiv olan cütlük bir birilərinə sevgi dolu statuslar yazırlar.

Xoşqədəmin həyat yoldaşı prezidentlə görüşdü (FOTO)
Doğuşun "İnstaqram" səhifəsi

2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net