Rusiya Köçəri Nağıbəylinin bu ölkəyə girişinə qadağa qoydu
Tarix: 14-01-2016, 17:18 | Çap et
Rusiya Köçəri Nağıbəylinin bu ölkəyə girişinə qadağa qoydu
Rusiya Federasiyasi Köçəri Nağıbəylinin bu ölkəyə girişinə qadağa qoyub.

Avropa.info xəbər verir ki, dekabrın 13-də Köçəri Nağıbəyli Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Mineralniye Vody şəhərinə getməyi planlaşdırırmış. K. Nağıbəyli Bakı Hava limanından sərhəd xidmətini keçib, lakin təyyarə göyərtəsinə daxil olmağa 15-20 dəqiqə qalmış hava limanının əməkdaşları ona yaxınlaşaraq bildiriblər ki, Rusiya tərəfi teleqrama vurub və onun bu ölkəyə buraxılmadığını, Rusiya üçün arzuedilməz qonaq olduğunu bildiriblər. Eyni zamanda, qeyd edilib ki, ona qadağanı Azərbaycan deyil, Rusiya tərəfi qoyub.

Köçəri Nağıbəyli bizimlə söhbəti əsnasında bildirib ki, son 10-15 ildə heç vaxt Rusiyada olmayıb, bu ölkədə bir gün olsun belə qalmayıb. Yalnız 2-3 dəfə aldığı təyyarə biletinə uyğun olaraq tranzit ölkə qismində Rusiyadan uçub. Bu zaman isə hava limanını tərk etməyib, yalnız 1 saat gözlədikdən sonra aidiyyəti təyyarə reysinə əyləşərək başqa ölkəyə uçub.
O, həmçinin bildirib ki, Rusiya tərəfinin ona hansı səbəbdən ölkə ərazisinə girişinə qadağa qoymasından məlumatsızdır: “Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etdim. Oradan bildirdilər ki, bu işlə onlar məşğul olmur. Məsləhət gördülər ki, Rusiya Miqrasiya Xidmətinə müraciət edim. Lakin mən bu xidmətin koordinatlarını bilmirəm. Hazırda hüquqşünaslar və vəkillərlə məsləhətləşmə aparırıq, səbəbi müəyyən etmək üçün Rusiyanın müvafiq qurumlarına, eləcə də Bakıdakı səfirliyinə rəsmi müraciət edəcəyik".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net